Azərbaycanın daha 4 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə biləcək

AQRAR-SƏNAYE KOMPLEKSİ 16 mar 2021, 12:08
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") qərarı ilə sabahdan Azərbaycanın daha 4 sahibkarlıq subyekti qonşu ölkəyə pomidor ixrac edə biləcək.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sözügedən qərar Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə, habelə birgə yoxlamalar zamanı götürülmüş nümunələrin karantin fitosanitar ekspertizasının nəticələri əsasında qəbul edilib. İxraca icazə verilənlər “Eko Agro” MMC, eləcə də 3 fiziki şəxs - Rzayev Hüseyn Rahib oğlu, Məmmədov Kazım Məmməd oğlu və Əliyev Fuad Paşa oğludur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top