Dünya Bankının Cənubi Qafqaz üzrə nümayəndəsi regional meneceri İvana Fernandes bildirib ki, özəl sektorun investisiyasından xüsusi ilə kənd təsərrüfatında, iqlim dəyişikliyi ilə mübarizədə, ağıllı kənd təsərrüfatı layihələrinin həyata keçirilməsində istifadə etmək olar.
O qeyd edib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası karbon emissiyalarının azaldılması istiqamətində Azərbaycana dəstək verir və son illər ölkədə bu istiqamətdə mühüm addımlar atılıb.
İqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, ağıllı kənd təsərrüfatı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadəni nəzərdə tutur.
Bunun nəticəsində daha az insan resursu lazım olur, informasiyaların qeydiyyatı, toplanması, təhlili düzgün aparılır:
“Ağıllı kənd təsərrüfatı işıqlandırma, rütubətin və temperaturun ölçülməsi və digər proseslərin avtomatlaşdırılması və smart mexanizmlərlə həyata keçirilməsini əhatə edir. Bunun üçün lazımi texnologiyaların alınması böyük vəsait tələb edir. Bizə fermerden çox savadlı menecerlər, aqronomlar lazımdır. Avropada və dünyanın digər ölkələrində bir çox məsələlərin ön plana çıxması insan əməyinin baha olmasından qaynaqlanır, ona görə də prosesləri avtomatlaşdırmağa başlayıblar. Məsələn, bəzi ölkələrdə mağazaların çoxunda satıcı yoxdur, alıcı özü məhsulu seçir, kassada pulunu ödəyir.
Yanacaqdoldurma məntəqələrində də işçilər yoxdur, yalnız bir nəfər çalışır, sürücü yenə də yanacağı özü doldurur. Azərbaycanda isə əksinədir, ucuz işçi qüvvəsi çoxdur. Nə vaxt ki, ölkəmizdə də insan əməyi baha olacaq, bu məsələlər də gündəmə gələcək.
Qərb həm texnologiyaları özü istehsal edir, həm də ucuz əldə edir. 30 min avro olan bir texnologiya bizə ikiqat baha qiymətə başa gəlir. Üstəlik texnologiyayla işin öyrədilməsi, treninqlər keçirilməsi də maliyyə tələb edir. Texnologiyanı bir dəfə almaqla da iş bitmir, illik olaraq dəstəklənməlidir, bu da yenə xərcdir.
Ölkədə iri aqroparklarda informasiyanın toplanması, idarə edilməsi müəyyən elementlər tətbiq edilməklə həyata keçirilir. Lakin Azərbaycanda əhali azdır, kənd təsərrüfatına yararlı torpaqlar getdikcə tükənir, su qıtlığı yaşanır, buna görə də sahibkarlar qeyd etdiyimiz sahələrə investisiya yatırmaqda maraqlı deyillər. Azərbaycan kənd təsərrüfatına yararlı ölkə deyil”.
Törə Zeynallı
Demokrat.az