Türkiyənin aşağı büdcəli aviaşirkəti Bakıya müntəzəm uçuşlara başlayır

İNFRASTRUKTUR 10 mar 2021, 12:05
Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.

“Report” aviaşirkətə istinadən xəbər verir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top