Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirdi

DÜNYA 08 mar 2021, 00:29
Türkiyə ordusunun hərbçiləri Suriyada PKK/YPG terrorçularını zərərsizləşdirib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təşkilatın 7 terrorçusu Tel Rıfat bölgəsində məhv edilib. Qeyd edilir ki, PKK/YPG terrorçuları “Fərat qalxanı” bölgəsinə hücuma hazırlaşırmış.

Nazirlik antiterror əməliyyatının davam etdiriləcəyini bildirib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top