Vasif Talıbov qanunu pozdu — Bakıda da maska taxmadı (FOTOLAR)

GÜNDƏM 06 mar 2021, 09:54
Xəbər verdiyimiz kimi, ötən gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayının iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının sədri Vasif Talıbov da olub.

Demokrat.az xəbər verir ki, V.Talıbov qurultayın keçirildiyi YAP-ın mərkəzi qərargahına gələrkən, onun tibbi maskadan istifadə etməməsi diqqət çəkib.

Ali Məclis sədrinin fotolarını təqdim edirik:



Vasif Talıbov YAP-ın qurultayına maskasız gəldi- FOTOLARVasif Talıbov YAP-ın qurultayına maskasız gəldi- FOTOLAR

Qeyd edək ki, fevral ayının 17-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda istifadəyə verilən Ağbulaq Xizək Mərkəzinin açılışı zamanı da V. Talıbovun və tədbirdə iştirak edənlərin tibbi maskadan istifadə etməməsini əks etdirən fotolar yayılmış, bu isə müzakirələrə səbəb olmuşdu.

Vasif Talıbov və oğlunun kanat fotosu müzakirəyə səbəb oldu » Miq.AZ  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top