Azərbaycan mobil qurğular bazarında liderlər açıqlandı

İKT 03 mar 2021, 00:29
2021-ci ilin fevralda Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.

Demokrat.az
bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Hesabat dövründə smartfon və mobil telefonlar bazarında "Samsung"un payı yanvar ayı ilə müqayisədə 1,43 faiz azalaraq 44,05 faiz təşkil edib.

İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 1,5 faiz artaraq 32,95 faiz olub.

"Apple" smartfonlarının payı isə yanvarla müqayisədə 1,04 faiz azalıb və 13,68 faizə bərabər olub.

Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,29 faiz, LG-nin payı 0,54 faiz, "Lenovo"nun payı isə 0,5 faiz təşkil edib./Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top