“Barselona”nın sabiq prezidenti sərbəst buraxıldı

İDMAN 03 mar 2021, 00:03
İspaniyanın istintaq məhkəməsi ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan “Barselona”nın keçmiş prezidenti Xosep Bartomeunu sərbəst buraxılması barədə qərar çıxarıb.

Demokrat.az xarici mətbuata istinadla xəbər verir ki, qərar Kataloniya Ali Məhkəməsi tərəfindən verilib.

X.Bartomeu və məsləhətçisi Jaume Masferrer məhkəmə qarşısına şübhəli şəxs qismində çıxıb.

Hər iki şəxs ifadə verməmək hüququndan yararlanıb.

Məhkəmə onları müvəqqəti azad etməyə qərar verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top