Zakir Həsənovun yaxın qohumu vəzifəsindən azad edildi

DAXİLİ SİYASƏT 26 fev 2021, 20:44
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Bu barədə Rupor.az saytı məlumat yayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2020-ci ilin iyulunda sözügedən vəzifədən ehtiyata buraxılan general-mayor Natiq Əliyevin vəzifələrini icra edirdi. O, daha öncə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinin Tibb xidmətinin hərbi həkim komissiyasının sədri vəzifəsində çalışıb. Polkovnik daha sonra xidmətini davam etdirmək üçün müdafiə nazirinin sərəncamına göndərilib.

Onu da əlavə edək ki, Elxan İbrahimovun müdafiə naziri Zakir Həsənovun yaxın qohumu olduğu bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top