Prezident: “Zəngilanın 3 “ağıllı kənd”ində 1000-ə yaxın insan yerləşəcək”

QARABAĞ 26 fev 2021, 13:22
“Bu yaxınlarda “ağıllı kənd” layihəsi artıq reallaşmağa başlayıb”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.

“Zəngilan rayonunun 3 kəndi - 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Mən təlimat vermişdim ki, bu ilin sonuna qədər bu layihə tam başa çatdırılsın. Orada təxminən 1000-ə yaxın insan yerləşəcək. Bütün lazımi infrastruktur inşa ediləcək, əkin sahələri və insanlar ora qayıda bilərlər. Belə pilot layihələr çox ola bilər. Biz hazırda onun üzərində çalışırıq”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib.  

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top