Çingiz Abdullayev: “Qoy bir-birlərini məhv etsinlər”

GÜNDƏM 26 fev 2021, 10:56
Xalq yazıçısı Çingiz Abdullayev Ermənistanda baş verənləri şərh edib.

Demokrat.az xəbər verir ki, o bu hadisələrin gözlənilən olduğunu qeyd edib:

“Paşinyanı sevə bilmirəm. Şuşadakı bədən hərəkətləri və Dağlıq Qarabağla bağlı qeyri-adekvat açıqlamalarına görə.

Lakin bir şeyi dəqiq bilirəm. Hərbçilər kimin baş nazir olacağına qərar verəndə bu demokratiya olmur. Bir dəfə "Qarabağ klanı" qanuni olaraq seçilən Levon Ter-Petrosyanı hakimiyyətdən kənarlaşdırdı. İyirmi illik qanunsuzluq və korrupsiya baş verdi.

Sadəcə deməyin ki, onlara belə lazımdır. Qoy bir-birlərini məhv etsinlər. Qonşularla sabitlik öz təhlükəsizliyimiz üçün vacib amildir. Lakin qonşu ölkə də başa düşməlidir ki, yalnız Azərbaycanla dinc münasibətlər və ərazidə suverenliyin tanınması Ermənistanın özündə sülh və asayişi, həm də onun iqtisadi sabitliyini təmin edə bilər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top