Ceyhun Bayramovla İsrail səfiri arasında Qarabağ müzakirəsi

QARABAĞ 25 fev 2021, 19:33
Xarici işlər naziri Ceyhun Bayramov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.

Bu barədə Demokrat.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyət, habelə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, habelə Azərbaycanla İsrail arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top