Kamil Zeynallıdan Kəramətlə bağlı açıqlama: "Dərəbəylikdi ki, hər qabağına çıxanı döyəsən?!"

ŞOU-BİZNES 23 fev 2021, 13:22
Xəbər verdiyimiz kimi, yazıçı Kəramət Böyükçöllə tanınmış idmançı Kamil Zeynallı arasında qalmaqal davam edir.

K.Böyükçöl K.Zeynallının onu təhdid etdiyini bildirib:

“Bütün günü Elmlərdə gəzirəm, kitabımı satıram, Akademiyanın arxasındakı çayxanada otururam, Kamil Zeynallı kimi adamların mənə heç vaxt çırtma vurmağa duxu çatmaz, çünki icazə verməzlər. O gün mənə yazıb ki, nömrəni yaz, yerini de. Guya bu məni tapa bilmir də. Duxun çatır gəl döy məni…”

Pravda.az-a açıqlama verərək məsələyə aydınlıq gətirən Kamil Zeynallı qeyd edib ki, döymək üçün heç kəsi çağırmayıb: “Mən niyə Kəraməti döymək üçün çağırım? Məgər özbaşınalıq, dərəbəylikdi ki, hər qabağına çıxanı döyəsən?! Belə hərəkət mənim üçün ayıbdır, mən idmançıyam”.

Onun sözlərinə görə, bu söhbət, indi yayılsa da, ümumiyyətlə, köhnə söz-söhbətdir, üstündən təxminən 1 ay vaxt keçib.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top