Əliyar Ağayev Superliqa matçında

İDMAN 19 fev 2021, 00:04
FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. 

Bildirilib ki, o, Super Liqanın 23-cü turunda VAR sisteminin tətbiq ediləcəyi "Atromitos” – "AEL Larissa” qarşılaşmasını idarə edəcək. 

Görüş fevralın 20-də keçiriləcək.

Ə.Ağayev ertəsi gün təşkil olunacaq "Volos” – "Apollon Smyrnis” oyununda isə VAR hakimi olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top