"Bir çox sahələri açmaq lazımdır" — Deputatdan Operativ Qərərgaha ETİRAZ

GÜNDƏM 12 fev 2021, 12:01
“Biz bölgələrimizin adının tanınması ilə bağlı fərqli strategiyalar üzərində işləməliyik”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Nizami Gəncəvi kifayət qədər dünyada tanınır: “Nizami adına Gəncədə kifayət qədər yer adları var. Biz burada tanınmayanların dünyada tanınmasına şərait yaratmalıyıq. Məsələn, Nəsib bəy Yusifbəyli”.

Deputat bildirib ki, Operativ Qərargahın bəzi qərarlarına düzəliş edilməlidir: “Sahibkara istənilən səviyyədə yardım göstərmək mümkün deyil. Ölkədə tikinti məhsullarının qiyməti son 1 ildə 30-40% qalxıb. İdman yerlərini bağlayıblar. Burada hansı yoluxma təhlükəsi var?! Yüzlərlə, minlərlə insanların vəziyyəti ağırdır. Yaxud paltar, ayaqqabı satılan yerləri bağlayırlar-açırlar. Hansı ki, ora gün ərzində 10-20 nəfər girə ya girməyə. Bir çox sahələri açmaq lazımdır. İnsanları bu vəziyyətdə qoymaq olmaz. Həmin yerlərdə çalışan insanlar işləmir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top