Media nümayəndələri Heydər Əliyev adına Ali Hərbi Məktəbdə — FOTOLAR

GÜNDƏM 11 fev 2021, 16:50
Media nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfər ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı məktəbin komandanlığı ilə görüş keçirilib. Görüşdə məktəbin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.

Hərbi təhsil müəssisəsində jurnalistlər məişət şəraiti, hərbi və fiziki hazırlıq bazası, o cümlədən müxtəlif fakültələrindəki tədris prosesi, maddi-texniki vasitələr və digər hərbi təyinatlı avadanlıqla da tanış olublar.

Sonda media nümayəndələri kursantlarla birgə nahar ediblər.

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top