Rusiya - Gürcüstan sərhədində 400-ə qədər yük maşın qalıb

HADİSƏ 10 fev 2021, 19:46
Rusiyanın Gürcüstanla sərhədində 400-ə qədər yük avtomobilindən ibarət uzun növbə əmələ gəlib.

“İnterfaks”ın məlumatına görə, növbənin yaranmasına səbəb yolun çərşənbə axşamından etibarən bağlı olmasıdır.

“Hazırda nəzarət buraxılış məntəqəsinə aparan yolda 370 yük avtomobili növbə gözləyir”, - deyə Rusiya FHN-in Şimali Osetiya Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, adıçəkilən yolda nəqliyyatın hərəkətinin dayandırılması Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədardır./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top