Azərbaycanda məşhur hakimin işinə Bakı məhkəməsi baxacaq — Qərar açıqlandı

HADİSƏ 10 fev 2021, 15:33
Uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Demokrat.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan iclasda hazırlıq iclasında prokuror vəsatətlə çıxış edib.

Prokuror cinayət işinin baxılmasının Gəncə Ağır Cinayətlər Məhkəməsinə adiyyatı olmadığı qeyd edib. Bildirib ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olan cinayət işidir.

Prokuror Lətif Nəbiyevin barəsində olan cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə vəsatət verib.

Hakimlər vəsatəti təmin edib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.

Belə ki, Lətif Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlara qarşı 100 min manatdan artıq dələduzluq etməkdə təqsirli bilinir.

Lətif Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham verilib.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə Lərif  Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top