Gürüstandakı soydaşlarımızın təhsil problemi — VİDEO


GÜNDƏM 10 fev 2021, 11:58
Gürcüstanda yaşayan soydaşlarımız daha bir təhsil problemi ilə üz-üzə qalıblar. 

Baku TV xəbər verir ki, etnik azlıqlar üçün nəzərdə tutulmuş imtahanla universitetlərə qəbul olan azərbaycanlılar Gürcüstan dövlətinin tələbələr üçün yaratdığı imkanlardan yararlana bilmirlər. 

Belə ki, eyni fakultəyə gürcü dilində imtahan verərək qəbul olan azərbaycanlı tələbələr dövlət hesabına, Azərbaycan dilində imtahan verərək qəbul olan tələbələr isə ödənişli əsaslarla oxumaq məcburiyyətində qalır. 

Məsələ ilə bağlı İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Multilinqual tədris proqramının rəhbəri, professor Kaxa Qabunia Baku TV-nin Gürcüstan bürosuna verdiyi müsahibəsində mövcud məsələ ilə bağlı Azərbaycanlı tələbələrin haqlı narazılıqlarını dəstəkləndiyini deyib. 

Bu barədə Baku TV-nin sujetini təqdim edirik:



Demokrat.az
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top