Britaniyalı nazir Bakını gəzdi

XARİCİ SİYASƏT 09 fev 2021, 09:35
Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət naziri Vendi Morton regiona səfərinə Bakıdan başlayıb.

Demokrat.az xəbər verir ki, britaniyalı nazir səfərinin ilk günündə ölkəsinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpla şəhər gəzintisini əks etdirən fotonu tvitter hesabında paylaşıb.

“Xəzərin gözəl Bakısının qədim şəhər hissəsinə möhtəşəm səfər. Azərbaycan zəngin irsə malikdir. Uels Şahzadəsinin Ənənəvi Sənətlər Məktəbində çox maraqlı vaxt keçirdim, hansı ki, gələcək sənətkar nəsillərini dəstəkləyir və Azərbaycanın qədim mədəniyyətini mühafizə edir”, - deyə o, qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top