“Qalatasaray”ın futbolçusu koronavirusa yoluxdu

İDMAN 08 fev 2021, 23:31
Türkiyənin “Qalatasaray” futbol klubu oyunçuların, texniki, tibbi və idarəetmə heyətlərində çalışan əməkdaşların koronavirus testlərinin nəticələri haqqında məlumat verib.

Demokrat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. 

Məlumata görə, “Medical Park” və “Liv Hospital” sponsor xəstəxanalarında təşkil olunan COVİD-19 PCR testləri nəticəsində yalnız bir futbolçunun cavabı pozitiv çıxıb.

Qeyd edək ki, koronavirusa yoluxan furbolçunun adı açıqlanmayıb. Oyunçu üçün müalicə protokoluna əsasən karantin müddəti artıq başlanıb.   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top