Oksana: "Həyat yoldaşım bu cür şeyləri qısqanmır"

ŞOU-BİZNES 08 fev 2021, 19:07
Rəqqasə-aktrisa Oksana Rəsulova keçirdiyi avtomobil qəzasından danışıb.

Demokrat.az
xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında danışıb. Oksana bildirib ki, artıq avtomobil idarə etməkdən qorxur və sürücü axtarır:

"O qəzanı heç vaxt unutmaram, başımdan xəsarət almışdım. Yaşıl işıqda keçirdim, qəfildən başqa avtomobil döndü. Qarşıdan gələn avtomobildə arxada qadın oturmuşdu. Onun sifətini heç unutmaram. Sonra gördüm ki, qadın hamilə imiş. Çox qorxmuşdum. İndi ona görə özümə sürücü axtarıram. Bəy olmalıdır. Çünki kişilərin sürücülüyü daha yaxşıdır".

"Həyat yoldaşınız qısqanmayacaq" sualına isə Oksana "Yox, bu cür şeyləri qısqanmır. Biz onunla sevgilidən çox, dostuq" cavabını verib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top