Ötən il Azərbaycanda 11 şəxsin müəlliflik hüququ pozulub

İNCƏSƏNƏT 06 fev 2021, 15:52
Ötən il Azərbaycanda dövlət qeydiyyatından keçirilən müəlliflik hüququ obyektlərinin sayı məlum olub.

Əqli Mülkiyyət Agentliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ildə 233 müəllifin 454 əsəri qeydiyyatdan keçirilib.

Qeyd olunub ki, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 91 müəllifin 192 əsəri qeydiyyata alınıb.

Bundan əlavə, ötən il pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı hüquqi və fiziki şəxslərdən 11 yazılı müraciət daxil olub, həmin müraciətlərə müəllif-hüquq qanunvericiliyinin tələbləri nöqteyi-nəzərindən baxılıb, bir qismi agentliyin səlahiyyətləri çərçivəsində həll edilib, qalanları isə aidiyyəti qurumlara göndərilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top