Xankəndidə Azərbaycan bayrağı... — Ermənilər şokda

QARABAĞ 05 fev 2021, 19:47
Xankəndidəki “dövlət binaları”na Azərbaycan bayraqları asılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Məlumatda Xankəndidə Azərbaycan bayraqlarının asılacağı, separatçı rejimin “müdafiə ordusu”nun ləğv olunacağı iddia edilib.

Bu, Qarabağdakı separatçılar arasında təşvişə səbəb olub.

Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan bəzi media orqanları və sosial şəbəkələrdə yayılmış belə məlumatlarla tanış olduğunu və yayılan informasiyanın həqiqəti əks etdirmədiyini iddia edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top