Xırdalanda növbəti küçə asfalt olundu — Başçı əraziyə gəldi

SOSİAL 05 fev 2021, 17:18
Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurularaq asfalt olunub. 

Demokrat.az
xəbər verir ki, görülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gələrək baxış keçirib. İcra başçısına bildirilib ki,  Əvəz Şəfiyev küçəsi Xırdalanın əsas küçələrindən biridir. 

Avtomobillərin daimi və fasiləsiz axınını tənzimlyən prospekt eyni zamanda Heydər Əliyev Parkının əsas girişinə aparan yoldur. 

Qeyd edilib ki, layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. 

Kanalizasiya quyularının qapaqları yenilənib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkilib. Küçədə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.

May be an image of 1 nəfər, standing, ağac və açıq HavadaMay be an image of ağac, küçə, səma və road

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top