Bakıda yaşayış binasında yanğın — Xəsarət alanlar var

HADİSƏ 05 fev 2021, 10:08
Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Demokrat.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 51 m2 olan mənzildə 1 ədəd divan və yataq dəsti yanıb, yüksək temperaturdan otağın divarları 12 m² sahədə qarsalanıb. Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top