Bakıda güclü yanğın oldu — VİDEO

HADİSƏ 04 fev 2021, 17:55
Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Demokrat.az-a verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb.

Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top