Ermənistan müdafiə sistemlərini Xankəndidən çıxarır

QARABAĞ 03 fev 2021, 08:30
Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.

Demokrat.az xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin Xankəndidən çıxarıldığı xəbər verilir.

Əsasən, "9K33 Osa”, "9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və "9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir.

Azərbaycan Ordusu 44 günlük döyüşlər zamanı düşmənin Hava Hücumundan Müdafiə Sistemini tam darmadağın etdiyi üçün bölgədən çıxarılan sistemlərin sayı cüzidir.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top