Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin daha iki oyunu keçirilib.
Demokrat.az xəbər verir ki, ilk olaraq I divizion təmsilçisi "Keşlə" və "Kəpəz" meydana çıxıb. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb(1:0). Eyni hesab "Neftçi"-"Zirə" görüşündə də qeydə alınıb. Lakin bu matçın qalibi qonaqlar olub.
2 fevral Azərbaycan kuboku
1/4 finalın ilk oyunları
16:00. “Keşlə” – “Kəpəz” - 1:0 Qol: Meza Kolli, 42-pen. Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rauf Allahverdiyev ASK Arena 18:00. “Neftçi” – “Zirə” - 0:1 Qol: İlkin Muradov, 26 Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Vüqar Həsənli Bakcell Arena
1 fevral 18:00. “Qarabağ” – “Qəbələ” - 3:1 Qollar: Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov Reallaşdırılmayan penalti: Uroş Matiç ("Qarabağ"), 33 Tofiq Bəhramov adına Respublika Stadionu
16:00. “Sumqayıt” – “Səbail” - 0:1 Qol: Amil Yunanov, 12 (0:1) Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov “Kapital Bank Arena”
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları 6-7 fevral tarixlərində keçiriləcək. Demokrat.az

