Təhsil alan müharibə iştirakçıları ilə bağlı TAPŞIRIQ

SOSİAL 30 yan 2021, 17:49
“Ali təhsil alan İkinci Qarabağ müharibəsi iştirakçılarının təhsil haqlarına güzəştlərin edilməsi məsələsi tək Təhsil Nazirliyinin verdiyi qərardan asılı deyil. Bu istiqamətdə artıq bir neçə addımlar atılıb. “YAŞAT” Fondu yaradılıb”.

Demokrat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin rəhbərlərinə də tapşırıqlar verilib ki, həmin kateqoriyadan olan vətəndaşlarla bağlı xüsusi yanaşmaları olsun:

“Ancaq hazırda biz də müəyyən qərar layihələrini hazırlamışıq. Müəyyən müzakirələr gedir. Ümid edirəm ki, bu istiqamətdə hansısa bir irəliyə doğru addım atılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top