Bakıda ad günü məclisi keçirilməsinin qarşısı alındı, 46 nəfər cəzalandırıldı

HADİSƏ 30 yan 2021, 13:42
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orda olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib.

Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top