BDU-nun yeni yataqxanasının açılışı oldu — FOTO

SOSİAL 29 yan 2021, 20:57
Bu gün Bakı Dövlət Universitetinin (BDU) əsaslı təmir olunmuş tələbə yataqxanasının açılış mərasimi olub.

Demokrat.az xəbər verir ki, təhsil naziri Emin Əmrullayev açılış mərasimində iştirak edib.

Qeyd edək ki, ümumi sahəsi 5100 kvadrat metr olan beş mərtəbəli yataqxana 220 nəfər tələbə üçün nəzərdə tutulub.

Yataqxanada 104 standart yataq otağı ilə yanaşı, iki qonaq otağı, oxu zalı, yeməkxana, camaşırxana, istirahət guşəsi, tibb otağı, idman avadanlığı quraşdılımış sahə var.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top