Azərbaycan yeni minatəmizləmə maşınları alıb

QARABAĞ 26 yan 2021, 12:47
"Minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədilə müasir minatəmizləmə maşınları alınıb".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib.

Onun sözlərinə görə, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: "Bundan başqa, minaaxtaran cihazların bir hissəsi alınıb, artıq mühəndis qoşunlarına istifadə üçün verilib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top