Erkən peyvənd vurduran məmurlar vəzifədən uzaqlaşdırıldı

DÜNYA 24 yan 2021, 08:43
İspaniyada dekabrın 27-də başlayan vaksinasiya prosesi çərçivəsində bir sıra məmurların protokoldan kənar peyvənd vurdurması etirazlara səbəb olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, növbədənkənar vaksinasiyaya qoşulan məmurların bəziləri artıq narazılıqlardan sonra istefa verib. Hökumətin də bu məsələyə həssas yanaşdığı, polis, ordu və.s güc strukturlarında da bir sıra rütbəli şəxslərin erkən peyvənd vurdurduğu üçün vəzifədən uzaqlaşdırıldığı qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top