Olimpiadada iştirak edəcək bütün idmançılara peyvənd vurula bilər

İDMAN 23 yan 2021, 19:33
Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaponiyanın paytaxtı Tokiodakı olimpiadada iştirak edəcək bütün idmançıların koronavirusa qarşı peyvənd olunmasını nəzərdən keçirir.

"Report" "Telegraph"a istinadən xəbər verir ki, IOC əhalinin peyvəndlənməsinə başlanmadığı ölkələrdə idmançılar üçün bu prosesi sürətləndirmək niyyətindədir.

Əsas və həssas əhalidən əvvəl idmançıların aşılanması isə ÜST üçün ciddi suallar doğurur.

Qeyd edək ki, "Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top