Türkiyədə COVID-19-la bağlı son vəziyyət

DÜNYA 20 yan 2021, 21:56

Türkiyədə son gündə yeni növ koronavirusdan 159 nəfər vəfat edib.

Demokrat.az-ın  xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 6 435  nəfər  COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 932, ağır xəstələr isə 2 102 nəfər olub. 

İndiyədək ölkədə koronavirus test nəticəsi pozitiv təyin edilmiş 2 406 216 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb. Onlardan 2 283 919 nəfər sağalıb, 24 487 nəfər isə ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top