Vətən müharibəsinin ağ xalatlı qəhrəmanlarından biri Məhəmməd Əfəndiyevi tanıyaq — VİDEO


GÜNDƏM 19 yan 2021, 17:13
Alından axan tər, candan süzülən qanla qazanılır bir qələbə.

Bir müharibənin səngəri, əsgəri, bir də ağxalatlıları olur. 2-ci Vətən müharibəsi başladığı gündən yaralı igidlərimizə tibbi yardım göstərilməsinin böyük bir hissəsini öz üzərinə götürən Naftalan Xəstəxanasının, eləcə də başda cərrah-fleboloq Məhəmməd Əfəndiyev olmaqla Bakıdan könüllü olaraq ön cəbhəyə yollanan çoxsaylı həkim heyəti də daşıdıqları ağ xalatın haqqını verməyə çalışdı. Torpağın yarasını sarıyan oğullarımızın öz yarasını da məhz o həkimlərimiz sarıdı. Öncə vətəndaş, sonra həkim kimi vətənə və vətən oğullarına xidməti öz bilikləri və ilkin yardımları ilə yerinə yetirməyə çalışdı. 2-ci Qarabağ müharibəsi bizə Vətəni və sevgini anlatdı.

No description available.

Allaha xidmət edən bir insanın imanı necə ki, Kəbə ətrafında yüksəlirsə, Vətənpərvərlik və vətən sevgisi də bax beləcə döyüş meydanında, yaralı əsgərlərimizin yanında, canını, qanını gözünü qırpmadan fəda edənlərin ətrafında kamilləşdi və bütövləşdi.

Gerisini videodan izləyək:
 


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top