İnzibati xətaya yol verən media barəsində tədbirlər görüləcək

DAXİLİ SİYASƏT 12 yan 2021, 20:48
Medianın İnkişafı Agentliyi inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyətinə malik olacaq.

Demokrat.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsində yer alıb. 

Nizamnaməyə görə, Medianın İnkişafı Agentliyinin vəzifələr sırasına çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək daxil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top