Rusiya MN-dən Qarabağla bağlı AÇIQLAMA


QARABAĞ 24 dek 2020, 17:59
BMT rəhbərliyi kompleks qiymətləndirmə missiyasını Dağlıq Qarabağ münaqişəsi zonasına göndərmək haqqında qərar verib.

Demokrat.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, missiyanın tərkibində yerlərdə vəziyyətlə tanış olmaq və köməyə ehtiyacı olanların tələbatlarını qiymətləndirmək üçün profil humanitar agentliklərin nümayəndələri olacaq: “Hazırda məlum qiymətləndirmə missiyasının parametrlərinin hazırlanması və razılaşdırılması davam edir. Biz öz tərəfimizdən hesab edirik ki, bütün zərərçəkənlərə profil beynəlxalq təşkilatların xətti ilə humanitar yardımların göstərilməsi faydalıdır”.

M. Zaxarova Rusiya tərəfinin Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatdan dərhal sonra bu işə başladığını xatırladıb: “Biz regiona UNESCO-nun müstəqil texniki missiyasının göndərilməsinə hazırıq. Ondan çıxış edirik ki, UNESCO-nun tərəfdaş beynəlxalq qeyri-hökumət təşkilatlarından ibarət humanitar missiyası kollektiv səylərlə Dağlıq Qarabağ regionunun mədəni obyektlərinin vəziyyətinə obyektv qiymət verə bilər”.

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top