Ali Baş Komandan: “Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi” — YENİLƏNİB/VİDEO

QARABAĞ 23 dek 2020, 22:59
“Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir”.

Bunu Qubadlı rayonuna səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xanlıq qəsəbəsində olarkən deyib.

Qeyd edək ki, prezidentin görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün sosial media hesabında paylaşıb.

21:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan və Qubadlı rayonlarına səfər ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşım edib.

"Əziz və doğma Zəngilan və Qubadlı torpaqlarından dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN", - deyə Mehriban Əliyeva yazıb.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top