FATEH SƏRKƏRDƏ İlham Əliyevin fəlsəfəsi — BİR PORTRET HAQQINDA DÜŞÜNCƏLƏR


GÜNDƏM 23 dek 2020, 16:05

24 dekabr 1961-ci il – doğulduğu il və bürcün bu tarixdə dünyaya gələnlərdə təbiətin - hansı ki, ətrafımızda tamamən yerdən və göydən ulduzların düzülüşü, torpaq, su, hava və energetik harmoniyanın təbiətən bəxş etdiyi xarakterik xüsusiyyətlər insanların həyat yolunda-talehində və şəxsi fəaliyyətində daim onu müşayiət edir. Çünki həmin tarix – il, ay, gün, saat, an onun bu dünyaya keçid kodudur.

Həmin an təbiətin kosmik, energetik və bütün digər canlı təbii durumu insana nəsnələr verir və genetik keyfiyyətlərlə həmin günün təsirli əlamətləri insanın həyat portretinin ilk rənglərini yaradır. BU GÜN ŞƏXSİ GÜNDÜR.

ŞUŞANI İŞĞALDAN AZAD EDƏN SƏRKƏRDƏ "MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM" DEYƏN ULU ÖNDƏRİN ATA VƏSİYYƏTİNİ YERİNƏ YETİRDİ

XXI əsrin ən qanlı müharibəsinin ən qısa zamanda qalibi olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Milli Ordumuzun bir yumruq kimi birləşib müdrik sərkərdənin rəhbərliyi ilə göstərdiyi şücaət, qəhrəmanlıq haqqında hələ araşdırmalar davam edəcək. Hələ bu qələbənin nəticələrininin bugün görünməyən tərəfləri zamanla regional və qlobal siyasi və geosiyasi proseslərdə yerinə oturduqca, Azərbaycan tarixində və gələcək inkişafında, Türk dünyasının inteqrasiyasında siyasi, geosiyasi, mənəvi və psixoloji rolu və təsiri müxtəlif aspektlərdən təhlil olunub araşdırıldıqca Azərbaycan Prezidentinin siyasi, hərbi və diplomatik ardıcıl məqsədli strateji konseptual fəaliyyəti akademik səviyyədə analiz olunacaqdır.

Ərazisinin bir hissəsi - 20%-i işğal altına düşmüş, xalqının vətəndaşlarının təxminən 12-13%-i qaçqın və məcburi köçkün vəziyyətinə düçar olmuş, dövlətçiliyi, müstəqilliyi itirilmək təhlükəsi ilə üz-üzə, iqtisadiyyatı dağılmış və iqtisadi potensialı, nizami ordusu olmayan Azərbaycanı dünyada siyasi nüfuza sahib, müzəffər güclü orduya, funksional, stabil inkişaf edən kifayət qədər iqtisadi potensiala, regional və qlobal söz sahibi olan müstəqil, qüdrətli, qalib dövlətə çevirmək sözsüz ki, ardıcıl strateji və düşünülmüş siyasətin nəticəsidir. Ölkəmiz bugünki dünya gücləri arasında müstəqil siyasət yürütmək və seçim etmək, hətta yeni geosiyasi vəziyyət yaratmaq, Türkiyə, Qərb dövlətləri, Asiya və regional dövlətlərdə əməkdaşlıq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin strategiyasının dəqiq perspektiv plan üzrə inkişaf mərhələlərindən keçmiş və bu proses davam etməkdədir.

Cəmi 44 gün ərzində dünyanı heyrətə gətirən döyüş taktikası və texnikasının əsasında güclü və dayanıqlı iqtisadiyyatın nəticəsində əldə olunmuş yüksək texnoloji və intellektual hərbi potensiala malik vətənpərvər nizami milli ordunun yaradılması üçün xalqın sevgi, inam və birmənalı dəstəyini qazanmış lider amili çox vacib şərtlərdəndir. Ali Baş Komandan Prezident İlham Əliyev siyasi fəaliyyətində və karyerasında dürüst, xalqa açıq siyasət yürütdüyü üçün təkcə Azərbaycan xalqı arasında, cəmiyyətdə deyil beynəxalq ictimai rəydə də nüfuz qazanmış, öz dəsti-xəttini yazmışdır. Məhz erməni əsgər analarının bütün dünyanın gözü qarşısında Prezident İlham Əliyevə müraciət etməsi özü çox böyük mənəvi-psixoloji faktordur.

"Resurs" Analitik İnformasiya Mərkəzi olaraq müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi portretini keçən ad günü hədiyyəsi kimi ictimaiyyətə təqdim etmişdik. Bu ad günündə isə Fateh Sərkərdə İlham Əliyev Şuşanı və digər torpaqlarımızı İŞĞALDAN AZAD EDƏRƏK XALQA HƏDIYYƏ ETDI - doğma vətən torpaqlarımızın azad olunmasını arzulayıb görə bilməyən azərbaycanlıların, vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhuna, bugünki və gələcək nəsillərə Fateh Sərkərdə İlham Əliyevin layiqli hədiyyəsi oldu.

24 dekabr 1961-ci il – doğulduğu il və bürcün bu tarixdə dünyaya gələnlərdə təbiətin - hansı ki, ətrafımızda tamamən yerdən və göydən ulduzların düzülüşü, torpaq, su, hava və energetik harmoniyanın təbiətən bəxş etdiyi xarakterik xüsusiyyətlər insanların həyat yolunda-talehində və şəxsi fəaliyyətində daim onu müşayiət edir. Çünki həmin tarix – il, ay, gün, saat, an onun bu dünyaya keçid kodudur. Həmin an təbiətin kosmik, energetik və bütün digər canlı təbii durumu insana nəsnələr verir və genetik keyfiyyətlərlə həmin günün təsirli əlamətləri insanın həyat portretinin ilk rənglərini yaradır. BU GÜN ŞƏXSİ GÜNDÜR.

Bu il gücü və zəhmətsevərliyi təmsil edir, irəliləməyə söz verir. Həmin ildə doğulanlar böyük səbirə malik, az danışan, ətrafındakı insanları səmimiliyə çağıran, öz işinin fanatlarıdır. Qapalı adam olsalar da hərdən gözəl natiqlik edirlər. Əldən zirək olduqlarına görə evi həmişə səliqəli qurulmuş olsa da tərsdirlər və uğursuzluğu xoşlamırlar. İşlərini görməyə mane olanları vurub yolundan atırlar. Həmin il torpaq ünsürlü oğlaq bürcü altında doğulanlar sözünün üstündə duran, qarşıya çıxan çətinliklərin çəkinmədən öhdəsindən gəlməyi bacaran, həyata real baxan, komfortu sevən, əliaçıq, səxavətli olsalar da pulun dəyərini bilən, onu harada necə xərcləməyi bacaran insanlardı. Onlarla ciddi mövzularda, fəlsəfi və ya maliyyə xəbərləri barədə söhbət etmək, onların gözəl yaddaşına və iti ağlına baxıb zövq almaq olar. İşgüzar oğlaqlarla birlikdə işləmək bir fərəhdir.
Vətənpərvərlik, patriotizm, yüksək ziyalılıq keyfiyyətləri ilə əhatə olunan məhəbbətdən doğulub, sevimli övlad kimi diqqət, qayğı, mərhəmət-sevgi, yüksək təlim-tərbiyə və təhsil mühitində böyüyüb formalaşmışdır.

Valideynlərini daim insanların, müraciət edənlərin, ehtiyacı olanların köməyinə tələsdiyini görən övladın, bu hal sözsüz ki, xarakter və xüsusiyyətinə öz ciddi təsirini buraxmamış deyil. Vicdanlı, ləyaqətli, vətənpərvər, qorxubilməz, cəsarətli, ağıllı fenomenal şəxsiyyət Heydər Əliyevin zəhmətkeş, sədaqətli, qayğıkeş, ziyalı Zərifə xanımın ailəsində, bu izdivacdaan dünyaya gələn İlham Əliyev sanki zamanı qabaqlayaraq böyümüşdür.
Gənc prezident İlham Əliyevin 42 yaşında dünyanın ən mürəkkəb geosiyasi regionunda və 2003-cü ildə hələ sabitliyin, inkişafın qarantına çevrilmiş bir çox meqalayihələrin işə düşmədiyi, risk faizinin çox yüksək olduğu Azərbaycana rəhbərliyə seçilməsi və bütün məsuliyyəti öz üzərinə götürməsi nümunəsi təkcə talehin nəsibi deyil, şəxsiyyətin xarakter göstəricisidir. Heydər Əliyev və Zərifə xanımın ailəsində böyümək ən böyük həyat və siyasət akademiyasını keçmək deməkdir. Lakin onun portretinin zəngin cizgi və rəng çalarları keçdiyi həyat yolunda daha dolğun mükəmməl mərhələsini keçərək öz kamil formasını almışdır.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.1991-1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cü ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. .2018-ci ildə səslərin 86.03% -ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmiş və hazırda prezident vəzifəsini icra edir. O, KEÇDİYİ HƏYAT YOLUNDA BÜTÜN DÖVRLƏRDƏ ZAMANIN ÖNÜNDƏ OLMUŞDUR.

Keçən əsrdə yaşamış Hind yoqa təlimçisi və filosofu Oshonun (Bhagwan Shree Rajneesh) belə bir fikri var ki, hər hansı nəticənin necəliyini dəyərləndirmək elmi yanaşmadır, səbəbini, yəni mövcud faktın niyəsini incələmək isə fəlsəfi yanaşmadır. Yəni fəlsəfədə sual edilir: "Bu niyə mövcuddur?". Elm isə belə sual verir: "Bu necə mövcuddur?".