Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin ötən gün Rusiyanın Yekaterinburq şəhərində güc strukturları əməkdaşları tərəfindən saxlanılmasının yer aldığı tam video yayılıb.
Demokrat.az E1.ru-ya istinadla xəbər verir ki, "Azərbaycan-Ural" təşkilatının rəhbəri Şahin Şıxlinski iyulun 1-də "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında güc tətbiq edilərək saxlanılıb.
Kadrlardan görünür ki, Şahin Şıxlinski və oğlu Mutvəlinin (avtomobili idarə edən) olduğu "Gelandewagen" markalı avtomobil sağa dönən kimi "Lada" markalı maşın onun yolunu yolu kəsir.
Bundan sonra UAZ yaxınlaşır, oradan hərbi formada olan şəxslər çıxaraq, "Gelandewagen"in şüşələrini sındıraraq sürücü və sərnişini tutmağa çalışırlar.
Bu zaman ata və oğlunun arxasınca gedən "Toyota Camry" markalı maşın zədələnib. Belə ki, "Gelandewagen" qəfil geriyə dönərkən, "Camry"nin kuzovunun ön hissəsini sındırıb.
Mutvəli sonradan bildirib ki, hücuma məruz qaldığını zənn edib və qaçmağa çalışıb.