17 yaşlı azərbaycanlı Tramp və İlon Maskın məzun olduğu universitetə qəbul edildi

MARAQLI 22 dek 2020, 16:21
S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının məzunu Züleyxa Kişiyeva ABŞ-ın ən qədim, dünyanın ən məşhur universitetlərindən biri olan Pensilvaniya Universitetinin Wharton Biznes məktəbində tam təqaüd ilə təhsil almaq imkanı əldə edib.

Demokrat.az xəbər verir ki, Züleyxa Kişiyeva beynəlxalq SAT (1560 bal ) və IELTS ( Overall 7.5 ) imtahanlarına hazırlaşaraq, rəsmi imtahanlarda yüksək nəticələr əldə edib. Rəsmi imtahan nəticələrini əldə etdikdən sonra xaricdə təhsil istiqamətində araşdırmasına Beynəlxalq Təlim və Layihə Mərkəzinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Zəfər Həsənov dəstək verib. Daha sonra Zəfər Həsənovun dəstəyi ilə Zəhra Qasımzadə ilə həmkarı olduğu "Click Energy" adlı klaviaturadan enerji alan layihəsi "GENIUS" Olimpiadasında da qalib olub və 20 min dollar təqaüdə layiq görülüb.

Züleyxa Kişiyeva qəbul faizi 8,4 faiz olan Pensilvaniya Universitetinin bakalavr pilləsində təhsil almaq şansını əldə edən yeganə azərbaycanlıdır. Qeyd edək ki, Donald Tramp, İvanka Tramp, İlon Mask, Uarren Bafet kimi bir çox məşhur şəxslər də bu universitetin məzunlarıdır. Züleyxa Kişiyeva burada iqtisadiyyat ixtisası üzrə təhsil alacaqdır.(yeniavaz.com)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top