"Qazaxın 7, Naxçıvanın bir kəndi tezliklə Azərbaycana qaytarılacaq"

QARABAĞ 22 dek 2020, 13:42
"Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndi ilə bərabər Qazaxın 7 və Naxçıvanın 1 kəndi də qısa zamanda qaytarılacaq".

Demokrat.az
xəbər verir ki,  bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, 9 noyabr bəyanatında cəmiyyəti narahat edən səbəblərdən biri Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsi idi:

"9 noyabr bəyanatı 1 səhifədə 9 bənddən ibarət idi. İctimaiyyət daha çox sənəddə Xankəndi, Xocalı və Xocavəndin adını çəkilməməsindən narahat idi. Həmin sənəddə indi bərpa edilməklə Qafan aeroportuna, Zəngəzur Mis-Molibden zavoduna, Davud Bəy kəndinə, Vorotan SES-ə qədər gedib çıxan sərhdlərimizin də adı çəkilmirdi. Qubadlı və Zəngilanın azad edilməyən onlarla kəndinin, Qazaxın 7 və Naxçıvanın 1 kəndinin də adına o sənəddə rast gəlinmir. Lakin qısa zamanda o ərazilər də tam qaytarılacaq. Bu mütləqdir".

Ədalət Verdeyev hesab edir ki, şərtləri qalib tərəfin diktə etdiyini və 97 illik problemin 1 səhifəlik bəyanatla həllinin mümkün olmadığını nəzərə almaq mütləqdir:

"Qalib millət olmağı bacarmalıyıq. Başqa yolumuz da yoxdur".(qaynarinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top