Rəqib futbolçunun üzünə tüpürdü, sərt cəza aldı

İDMAN 22 dek 2020, 00:25
Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunun futbolçusu Markus Tyuramın cəza kəsilib.

Demokrat.az
Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqanın "Hoffenhaym"la oyununda (1:2) rəqib futbolçu Ştefan Poşun üzünə tüpürdüyü üçün qırmızı vərəqə alan 23 yaşlı hücumçu biri şərti olmaqla, 6 oyunluq diskvalifikasiya olunub. Bu cəza çempionatla yanaşı, ölkə kubokunun oyunlarına da daxildir. 

Həmçinin, hücumçu 40 min avro məbləğində cərimələnib.

Qeyd edək ki, Markus Tyuram Fransa millisinin heyətində dünya (1998) və Avropa (2000) çempionu olmuş Lilian Tyuramın oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top