“Cavan-cavan uşaqlar ölür, mən ölsəm nə olacaq ki?“ — Əməkdar artist


ŞOU-BİZNES 20 dek 2020, 11:06
“Bu gün həyat yoldaşım Zahidin ölümündən 2 il keçir. O mənim həyat yoldaşım olmayıb, sirdaşım olub. Başımın tacı idi. O yatdı durmadı, canını götürdü getdi. O, elə bil ki, mənə ölümü sevdirdi. Bəzən deyirlər ki, dirilər ölülərə həsəd aparacaq. Vallah, mən həsəd aparıram artıq. İnsan başına gəlməyənə qədər heç nə bilmir. Kiminsə əri rəhmətə gedirdi, deyirdim ki, ərdi də, bu qədər adam özünü öldürər?” Həyat yoldaşım rəhmətə gedəndən sonra bunu başa düşdüm”

Demokrat.az xəbər verir ki, bunu Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü moderator.az-a həyat yoldaşı Zahidin ölümünün ikinci ildönümündə deyib. Tanınmış sənətçi daha sonra səhhətindən danışıb.

"Müharibədən sonra özüm yaddan çıxmışam. Heç özüm-öz yadıma düşmürəm. Kimsə mənə zəng edib səhhətimi soruşanda o anda yadıma düşür ki, mən də əməliyyat olunmuşam axı. Əməliyyatdan çıxanda həkim mənə dedi ki, yaxşı şeylər fikirləş, özünə bax, yaxşı ye, 3 ay özünü qoru. Sentyabrın 26-da xəstəxanadan çıxdım, 27-si müharibə başladı. Mənim əməliyyatım müharibə vaxtına düşsəydi, vallah heç getməzdim. Cavan-cavan uşaqlar ölür, qoy mən də ölüm də, nə olacaq ki? İnanın ki, mən heç əməliyyata getmək istəmirdim, çünki baş əməliyyatı ağırdır da. Mən də qorxdum, dedim ki, etdirməyəcəm, nə olar, olar. Heç bilmirəm ki, MRT-yə məni kim aparıb, kiminlə getmişəm, özümdə olmamışam axı” - deyə əməkdar artist bildirib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top