Deputat: "Bəzi qüvvələr Türkiyə və Rusiyanın iştirakı problemlərin həll olunmasını qəbul edə bilmirlər"

SİYASƏT 20 dek 2020, 00:47
"Cənab Prezident MDB məkanındakı çıxışında çox mühüm məsələlərə toxunub. Ermənistanın daxili siyasətindən danışarkən son zamanlar orada həqiqətən də gərginliyin, həmçinin Ermənistana xaricdən müdaxilələrin olduğunu qeyd edib. Əsas məsələ ondan ibarətdir ki bəzi qüvvələr heç cür Türkiyə və Rusiyanın iştirakı ilə regionda bu problemlərin həll olunmasını qəbul edə bilmirlər. Bəli, yeni bir dövr yaşayırıq. Burada müxtəlif iqtisadi birliklərin yaranması, hərbi təlimlərin keçirilməsi və s. bir çox yeni imkanların yaradılması mümkündür. 

Demokrat.az
xəbər verir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, politoloq Arzu Nağıyev deyib.

Deputatın szölərinə görə, regionda iqtisadi, siyasi və hərbi cəhətdən müəyyən alternativlərin yaradılması ehtimal xaricində deyil: 

"Məlumdur ki, vaxtilə Paşinyan və onun dəstəsi SOROS fondunun hesabına hakimiyyətə gəliblər. İndi də SOROS fondu və digər qüvvələr Ermənistanda öz dayaqlarını bərpa etmək üçün müxtəlif addımlar atmağa çalışırlar. Onlar bildirməyə çalışırlar ki, dünyada guya öz sözünü deyə biləcək qüvvələr var və bunlar yenidən regiona qayıtmalıdır. 

Cənab Prezident sətiraltı bir mesaj verdi ki, bir sıra dövlətlər bunu dərk etsin və başa düşsün ki, hər hansı süni problemlər yaratmaqla 10 noyabrda imzalanmış razılaşmaya kimsə müdaxilə edə bilməz".

A.Nağıyev vurğulayıb ki, bəzi dövlətlər tərəfindən 30 il müddətində belə bir mif yaradılmışdı ki, ümumiyyətlə Azərbaycan bu məsələni hərbi yolla həll edə bilməz, mütləq şəkildə beynəlxalq qüvvələrlə razılaşmalıdır: 

"Lakin bəzi qüvvələrin bu məsələnin həll olumasını istəməməsinə baxmayaraq məsələ həll olundu. Transmilli qüvvələr vardı hansı ki, silah satışı ilə məşğul idi və bundan çox ciddi şəkildə istifadə edirdi. Elə həmin qüvvələr işğal olunmuş torpaqlarımızdakı təbii sərvətlərimizi də talayırdılar. 

Bütün bu məsələlər cənab Prezidentin çıxışında öz əksini tapdı və kimə, hansı qüvvələrə ünvanlanmışdısa, onlar öz cavablarını aldılar və almalıdılar. 

Bəli, bu gün də Qərb çalışır ki, Paşinyan hakimiyyətdə qalsın, çünki Paşinyan onları razı sala biləcək qüvvədir".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top