Çili prezidenti selfiyə görə özünü polisə şikayət edib — FOTOLAR

DÜNYA 19 dek 2020, 20:38
Çili prezidenti Sebastyan Pinyera maskasız ünsiyyət qurduğu üçün 3500 dollar (5 950 AZN) cərimə ödəməyə məcbur olub.

Bu barədə “Reuters” xəbər verir.

Bildirilir ki, maskasız şəkli mediada yayılandan sonra Pinyera özünü hüquq mühafizəçilərinə şikayət edib.

Qeyd olunur ki, dəniz kənarında gəzərkən bir qadın dövlət başçısına yaxınlaşaraq selfi çəkdirmək istədiyini deyib. Lakin selfi zamanı iştirakçıların heç biri maska ​​taxmayıb. Bununla bağlı foto tezliklə sosial mediada populyarlıq qazanıb.

Çilidə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində insanların çox olduğu yerlərdə və ünsiyyət zamanı maska taxılması ilə bağlı ciddi qaydalar var. Qanunu pozanları külli miqdarda cərimə və hətta həbs cəzası gözləyir.(oxu.az)




Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top