Toylarla bağlı MÜHÜM AÇIQLAMA

SOSİAL 18 dek 2020, 09:35
Tanınmış kardioloq və millət vəkili Rəşad Mahmudov Azərbaycanda yas mərasimləri və toylara nə zaman icazə verilməsinin vaxtını açıqlayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə millət vəkili Rəşad Mahmudov bildirib ki, hazırda əsas məsələ xəstə sayının minimuma endirilməsidir.

"Hazırda cəmiyyəti narahat edən məsələlərdən biri də toy və yas mərasimlərinin keçirilməsi ilə bağlıdır. İndiki şəraitdə, xüsusən də qış aylarında havaların soyuq keçdiyi bir zamanda və indiki durumda  toy və yas mərasimlərinin keçirilməsinə qətiyyən yol vermək olmaz. Amma havalar qızdıqca, yaz aylarında bizim üçün müəyyən imkanlar yaranacaq. Ümid edirəm ki, o vaxtadək də xəstəliyə yoluxanlaırn sayı minimuma enəcək və ondan sonra bu məsələlərə baxmaq olar. Virusa yoluxma minimuma düşdükdən sonra tədricən toy və yas mərasimlərinin keçirilməsinə baxıla bilər", - deyə Rəşad Mahmudov bildirib.

Bir insanın ikinci dəfə virusa yoluxma halı ilə bağlı məsələyə aydınlıq gətirən R.Mahmudov deyib ki, istər koronavirusa yoluxan olsun, istərsə də peyvənd olunan  şəxsin ikinci dəfə yoluxma ehtimalı var: "Çünki peyvənd tam qoruyucu deyil. Digər tərəfdən qripal xəstəliklər zamanı da insan ildə iki dəfə qripə yoluxa bilər. Düzdür, bu ehtimal azdır, amma mümkündür. Amma ikinci dəfə yoluxan şəxs xəstəliyi birinci dəfədəkindən yüngül keçirir".(ölkə.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top