Ruhi Əliyeva: “Ermənistanda baş verən xaos, özbaşınalıq mənə 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır”


SOSİAL 17 dek 2020, 21:56
“Bu gün Ermənistanda baş verən xaos, özbaşınalıq mənə 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır”.

Demokrat.az-ın xəbərinə görə, bunu Azərbaycanın tanınmış iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva deyib.

“Hələ Qarabağda döyüş əməliyyatları başlayan günlərdə Ermənistanda Paşinyan hakimiyyətinin tezliklə fiaskoya uğrayacağını, idarəetmə sisteminin çökəcəyini, ixtişaşlar başlayacağını yazmışdım. Çünki həmin hakimiyyət öz xalqını aldadaraq döyüşlərdə erməni əsgərinin xəyali qələbələrini paylaşır, itirdiyi əraziləri isə erməni xalqından gizləyirdi. Yalanın isə ömrü cəmi 40 gündür. 40 günə Azərbaycan Ordusu Şuşanı azad etdi və artıq bunu gizlətmək mümkün deyildi. Azərbaycan 30 il müddətində hər bir sahədə bu müharibəyə mükəmməl hazırlaşmışdı. İqtisadi meyarlar, siyası gedişlər, dünyada aparıcı gücə malik ölkələrlə əməkdaşlıq Azərbaycanı Ermənistandan bir xeyli qabağa keçirmişdi. Ermənistan isə bütün iqtisadi əlaqələrini itirmiş, ölkədə işsizlik, sosial problemlər geniş füsət almış, ən əsası isə ordusunun silah-sursat tədarükü zəifləmişdi. Amma bir şeyi unutmamalıyıq ki, qələbənin səbəblərindən biri, bəlkə də ən əsası Azərbaycan əsgərində formalaşan döyüş ruhu və vətənpərvərlik hissləri idi. Xalqın Ali Baş Komandan İlham Əliyevə inanmağı və onun da bir sərkərdə kimi ordunun başında olmağı qələbəni formalaşdırdı. Cənab Prezidentin Ağdam məscidinin qarşısında terrorçu erməni liderlərinə qarşı səsləndirdiyi fikirlər hələ də qulağımdadır: “Arxamdakı məscidi siz dağıtmısınız. Bu gün mən burdayam, öz ordumla gəlmişəm”. Cənab Prezidentin bu sözləri illərdən bəri qırılmış inamımızı yenidən bərkitdi. Artıq bizlər üçün yeni dönəm başlayır. Xalqla hakimiyyət arasındakı inam Azərbaycanı daha gözəl və müasir edəcək” – R.Əliyeva qeyd edib./pravda.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 may 2021, 23:40
Top