Rusiya böyük idmandan iki il müddətinə kənarlaşdırıldı

İDMAN 17 dek 2020, 20:36
Lozannadakı İdman Arbitraj Məhkəməsi (CAS) Ümumdünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın dopinqə görə böyük idman yarışlarından kənarlaşdırılması haqqında 2019-cu ilin dekabrındakı qərarını təsdiqləyib.

Demokrat.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Cəzanın müddəti 2022-ci ilin dekabrın 16-da başa çatacaq.

2018-ci ildə Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında himnsiz və neytral bayraq altında çıxış edən Rusiya idmançıları 2021-ci ildə Tokiodakı oyunlarda və 2022-ci ildə Pekindəki Olimpiada da eyni şəkildə iştirak etməli olacaq.

Olimpiya Oyunlarında neytral bayraq altında yalnız dopinqdə iştirakı olmadığını sübut edən idmançılar çıxış edə biləcək.

Bununla yanaşı, ölkə böyük idman tədbirlərinə ev sahibliyi də edə bilməyəcək./Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top